Şəkur
Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəli ilə qarşılıq verən
Əgər Allah’a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 17)
Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükür etmələrini əmr etmişdir. Allah “İbrahim” surəsinin 7-ci ayəsində şükürün əhəmiyyətinə belə diqqət çəkir:
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,)Mənim əzabım şiddətlidir”.(İbrahim surəsi, 7)
Əlbəttə, Allah’dan gələn bütün nemətlərə əvəz olaraq şükür etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allah’ın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:
Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)
Yuxarıdakı ayədə də göründüyü kimi, Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə, hesab günündə daha gözəli ilə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə, hesab günündə daha yaxşısı ilə qarşılaşacaq.
İman gətirib yaxşı işlər görən qullarına Allah’ın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)
(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 30)
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah’a həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilmir”. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 36-37)
Kimdir o şəxs ki, Allah’a gözəl bir borc versin, O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:)“Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcək.) Bu, böyük uğurdur. (Hədid surəsi, 11-12)