Şarih

Açan


Məgər Allah’ın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah’ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)


Allah’ın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq, insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi, Allah’ın insanın köksünü İslam üçün açması ilə mümkündür. Belə ki, iman Allah’ın insana verdiyi ən böyük nemətdir. Allah’ın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa, heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər, nəfsə də fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.
Adamın vicdanı vasitəsi ilə çatdığı bu doğru yol, əlbəttə, səmimi imana sahib insanlara verilən bir nemətdir. Allah başqa ayələrdə bu neməti belə xəbər verir:

Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah’ın lütfü və neməti sayəsindədir. (Hucurat surəsi, 7-8)


Bütün dəlillərə baxmayaraq, necə yaradıldığını unudaraq inkara sapanların vəziyyəti isə fərqlidir. Allah vicdanından istifadə etməyən, nəfsinə uyan bu insanların ürəklərini İslama açmayacaq. Allah’ın bu şəxslər üçün Quranda verdiyi hökm belədir:

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.
(Bəqərə surəsi, 6-7)


Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah’dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?
(Casiyə surəsi, 23)


Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Həqiqətən, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! Rəbbinə üz tut! (İnşirah surəsi 1-8)


Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.
(Ənam surəsi, 125)