Mütəhhir

Təmizləyən; şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyən


O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)


İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allah’ın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allah’ın aciz bir qulu olduğu üçün səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:

Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45)


Bu İlahi hökmə əsasən, Allah’ın qullarından tələbi heç səhv etməmək, ya da heç günah işləmək deyil. Mömindən gözlənilən Allah’ın məmnuniyyətini axtarmaq və sərhədlərinə diqqət yetirmək, işlədiyi bütün yanlış və günahlar üçün Allah’a yönəlmək və Onun rəhmətinə sığınmaqdır. Bundan sonra Quranda bildirildiyinə görə, Allah onun nəfsinin pisliklərini aradan qaldıracaq, onu günahlarından təmizləyəcək. Çünki Allah iman edən qullarını təmizləmək istəyir. Rəbbimiz bunu bir ayədə belə xəbər verir:

... Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab surəsi, 33)


İnsan böyük günahlar işləyə, üsyankarlıq edə, Allah’a və dinə zidd olan uzun ömür yaşaya bilər. Ancaq Allah o qədər böyük rəhmət sahibidir ki, sadəcə bir səmimi tövbə ilə insanın bütün günahlarını təmizləyər. Hətta ən böyük günahları işləyən, Allah’a və elçisinə qarşı çıxan kafirləri və münafiqləri belə, əgər səmimi qəlblə Özünə yönəlsələr, bağışlayacağını və pisliklərindən təmizləyəcəyini bildirmişdir. Ayələrdə belə buyurulur:

Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Tövbə edənlər, islah edənlər, Allah’dan möhkəm yapışanlar və öz dinlərini Allah’a məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 145-146)


Bu hökmlər Allah’ın qullarına olan sonsuz rəhmətinin təcəlliləridir. Şübhəsiz, qullarını Ondan başqa şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyəcək heç kim yoxdur. Allah mərhəmətlilərin ən mərhəmətlisidir.

Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik. (Ənkəbut surəsi 6-7)