Mütəali

Ağılın dərk edə biləcəyi hər şeydən çox uca


Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)


İnsanların bir qismi ətraflarındakı saysız dəlilə baxmayaraq, Allah’ın ululuğunu, ucalığını təqdir edə bilmirlər. Son dərəcə aciz olduqları halda, təkəbbürlənir, özlərini yaradan Allah’ı isə heç düşünmürlər. Bu təkəbbürün səbəbi insanın pisliyi əmr edən nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allah’ın ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə, heç nəyə güc yetirə bilməyəcəklərini bilirlər. Çünki Allah Quranda insanların acizliyinə və Özünün ucalığına belə bir misalla diqqət çəkir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək ) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)


Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 74)


Halbuki, kainatın hər nöqtəsi Allah’ın böyüklüyünü əks etdirir. Amma Onun sonsuz gücünü və elmini izah etməyə əsla kafi deyil. Allah şirkdən, qüsurdan, əskiklikdən münəzzəh olandır. Bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Onun elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti və lütfkarlığı sonsuzdur.
“Sonsuz” sözü Allah’ın böyüklüyünü qavramaq üçün üzərində yaxşı-yaxşı düşünmək tələb edən anlayışdır. Allah ölümlərindən sonra insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin qarşılığı olaraq cənnət və ya cəhənnəmdə davam edəcəkləri sonsuz həyatlarını başladacaq. Burada yüz deyil, min deyil, yüz min və ya milyard il də deyil, trilyon, ya da katrilyon dəfə katrilyon il də deyil, sonsuza qədər davam edəcək ömürdən bəhs edilir. Yəni yüz trilyon insan olsa, gecə gündüz heç dayanmadan yüz trilyonu yüz trilyon ilə vursalar, yüz trilyon ömürləri olsa və ömürləri boyu bu işlə məşğul olsalar, yenə də il sayını hesablaya bilməzlər.
Halbuki, Allah elə böyük bir elmə malikdir ki, insana görə sonsuz olan hər şeyi O bilir. Zamanın ilk yaradıldığı andan sonsuza qədər davam edəcək hər hadisəni, hər düşüncəni, zamanı hər halı ilə təyin edən və bilən Allah’dır. Bu həqiqətə Quranda belə diqqət çəkilir:

Biz, həqiqətən də hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı? Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır. (Qəmər surəsi, 49-53)


(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. (Əraf surəsi, 190)


Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. (Nəml surəsi, 63)


Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allah’dır. Şərikləriniz içərisində bunlardan birini edə bilən varmı? O, pakdır və Ona şərik qoşduqlarından ucadır. (Rum surəsi, 40)