Müqəllib
Çevirən (ürəkləri)
Biz onların ürəklərini və gözlərini, ilkin inanmadıqları kimi tərsinə çevirərik və onları tüğyanları içində çaşmış kimi gəzər bir vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)
İnsan Allah’ın özü üçün seçib bəyəndiyi dinini öyrənmədən və onu yaşamadan Allah’ı haqqı ilə tanıya bilməz, yaradılış məqsədini qavraya bilməz. Həyatın, ölümün, axirətin, cənnətin, cəhənnəmin, şeytanın və mələklərin nə üçün yaradıldığını da tam mənası ilə qavramaya bilməz. Milyardlarla canlının yaşadığı kainatın yaradılışındakı hikmətləri düşünməz. Bu insan ömrü boyu qəflət içində yaşayıb, yenə qəflət içində ölər. Ancaq Allah insanın ürəyinə iman verdiyi təqdirdə bütün bu sualların cavabını tapar. Beləliklə, Allah daha əvvəl Özünə inanmayan insanın ürəyini çevirərək səmimi edə bilər. Əvvəldən din haqqında mənfi düşünən insan artıq müsbət düşünməyə, Onun əmrlərindən üz çevirən insan bunları dəqiq şəkildə tətbiq etməyə başlayar. Allah’ı heç zikr etmədiyi halda, davamlı Onu xatırlamağa, heç şükür etmədiyi halda, davamlı şükür etməyə başlayar. Daha əvvəl Allah’ın varlığının dəlillərini, Onun bağışladığı nemətləri, şəfqətini və mərhəmətini heç dərk etmədiyi halda, artıq bunları açıq bir şüurla dərk edər. Belə ki, iman edən adam sanki yuxudan oyanar. Çünki Allah onun ürəyinə imanı yerləşdirmiş və küfrdən çevirmişdir.
Göründüyü kimi, imanı insana ancaq Allah verir və dilədiyi anda da geri alır. İnsanın imanlı olması isə ürəyinin Allah’ın ayələrinə qarşı yumşalmasına bağlıdır. Ancaq Allah’a təslim olanlar hidayət tapar. İnkarçılar iman etmədikləri üçün ətraflarındakı böyük gerçəkləri görə bilmirlər. Bütün kainat Allah’ın varlığının açıq-aşkar dəlilləri ilə doludur, amma inkar edənlər bunu dərk etmirlər. Allah bununla əlaqədar olaraq bir çox ayədə inkarçıların ürəkləri üzərində qavramalarına mane olan bir pərdə olduğunu bildirir. Bir ayədə belə buyurulur:
Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf surəsi, 57)
İnkarçılar bəzən özlərinə təbliğ edilən dini anlamadıqlarını etiraf edirlər. Özlərini hidayətə dəvət edən hz. Şüeybə qarşı Quranda xəbər verilən və: “… Ey Şüeyb! Dediklərinin çoxunu anlamırıq...” (Hud surəsi, 91) - deyən inkarçılar bunlara bir nümunədir.
Əgər insanın ürəyi üzərində pərdə varsa və Allah bu adamın anlayışını bağlayırsa, artıq onu doğru yola çevirmək Allah’ın diləməsi xaricində mümkün deyil. Allah bu mövzuya Quranda belə diqqət çəkir:
(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”. (Yunis surəsi, 42-43)
Allah ancaq ürəkdən iman etməyi və Özünə yaxın olmağı istəyənin ürəyini yumşaldar, beləsini səmimi müsəlmanların arasına qatar. Səmimiyyətsiz olanların da ürəyini çevirərək onları küfrə geri qaytarar. O, dilədiyinin ürəyini dilədiyi anda çevirməyə qadirdir. Onun çevirdiyi ürəyi təkrar geri çevirə biləcək heç kim yoxdur.