Mühsin

Lütfkar


... De: “Şübhəsiz ki, doğru yol Allah’ın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allah’ın əlindədir və onu istədiyinə verir! Allah əhatə edəndir, biləndir”. O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 73-74)


Həm mükafat və şövq qaynağı, həm də qarşılıqsız lütf və lütfkarlığın nümunəsi olaraq saleh qullarına dünyada nemət və gözəllik verməsi Allah’ın dəyişməz qanunudur. Zənginlik, ehtişam və gözəllik cənnətin ən əsas xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi qullarına cənnəti xatırladacaq, onların cənnətə olan arzu və həyəcanlarını artıracaq nemətlərin və mühitlərin bənzərlərini bu dünyada da yaradır. İnkarçıların əbədi əzabları necə ki, daha bu dünyada ikən başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlayır. Allah Özündən bağışlanma diləyən, tövbə edən saleh möminləri cənnətlə yanaşı, dünyada da gözəl şəkildə faydalandıracağını və onlara lütf edəcəyini bir çox ayəsində bildirmişdir. Bir ayədə belə buyurulur:

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O, sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)


Mömin özünü yaradan uca Allah’ın böyüklüyünün şüurunda olmasından, Onun əmr və qadağalarına riayət etməsindən, Onun insanlar üçün seçib bəyəndiyi dinini yaşamasından və ən əhəmiyyətlisi ölümdən sonraya böyük ümid bəsləməsindən ötrü daim Allah’ın köməyi və lütfkarlığı ilə qarşılaşır. Allah bütün etdiklərinə ən gözəli ilə cavab verir. Çünki Allah Özü üçün edilən heç bir lütfkarlığı qarşılıqsız buraxmır. Ayələrdə belə buyurulur:

Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? (Rəhman surəsi, 60)


Allah’a qarşı yalan uyduranların qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. (Yunis surəsi, 60)


Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, onlara (savab) yazılmasın. (Tövbə surəsi, 121)


Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 261)


Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 268)


Allah’a iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz! (Yunis surəsi, 60)