Mücib

Özünə yalvaranların istəklərini verən, razılıq edən


Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm... (Bəqərə surəsi, 186)


Dua Allah ilə qulu arasında xüsusi əlaqədir. Qul bütün çətinliklərini və istəklərini Allah’a açır, Ona yalvarır, Allah qulunun istəyini eşidir və ona qarşılıq verir. Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir. İnsanın içindən keçirdiyi bir düşüncə belə Allah’dan gizli qalmaz. O halda, səmimi olaraq Allah’dan nə isə istəmək üçün insanın yalnız düşünməsi belə kifayətdir. Budur, Allah’ın razılığı bu qədər yaxındır. Mömin dua etdiyi zaman Allah’ın özünü eşitdiyindən və duasına mütləq qarşılıq verəcəyindən əmindir. Çünki bütün hadisələrin ancaq Onun diləməsi ilə olduğunun fərqindədir. Allah’ın duaya verəcəyi qarşılığa şübhə ilə yaxınlaşmaq isə Allah’ın gücünü və qüdrətini təqdir edə bilməməkdir. Allah üçün hər hansı bir adamın çağırışına cavab vermək, duasına cavab vermək çox asandır. Amma duaya qarşılıq bir şeyin eynilə reallaşması mənasını vermir. Allah bir ayədə bu mövzu ilə əlaqədar olaraq belə xəbər verir:

İnsan xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11)


İnsan üçün nəyin şər, nəyin xeyir olduğunu isə ən yaxşı Allah bilir. Çünki hər şeyi təqdir edən Odur. Hər işində olduğu kimi, dualara qarşılıq verməsində də bir çox hikmət gizlidir. Bu həqiqət “Bəqərə” surəsində belə bir örnəklə xəbər verilir:

Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)


Gizli, açıq hər çağırışa daim qarşılıq verməsi Allah’ın şanından, ucalığındandır. Allah dua mahiyyətində ağıldan keçən bir düşüncəni belə əsla qarşılıqsız buraxmır, cavabsız qoymur. Allah’dan başqa duaları eşidən və onlara qarşılıq verən yoxdur. Allah Özündən başqa heç kimin duaya qarşılıq verə bilməyəcəyini, insanlara kömək edə bilməyəcəyini belə bildirmişdir:

Allah’dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)


Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bərbəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)


De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də (əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (Furqan surəsi, 77)