Kəbir
Çox böyük
(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. (Rəd surəsi, 9)
Allah kainatdakı bütün canlıları öz idarəsi altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq fırlanan elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüur altına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.
Allah hamısının qədərini (qismətini) ən incə detalına qədər təyin edir. Qeybin elmi yalnız Allah’a məxsusdur. Allah’ın sonsuz ağlını, elmini, bağışlamasını, mərhəmətini və əzabını insanın qavraması qeyri-mümkündür. Allah dilədiyi hər şeyi yaratmağa qadirdir.
Heç kim Onun qərarlarına kiçik bir müdaxilə belə edə bilməz. Allah kainatdakı hər hansı bir canlı üçün zərər diləyərsə, onu heç kim qaldıra bilməz, rəhmət dilədiyində də Onun rəhmətinə heç kim mane ola bilməz. İnsanın vəzifəsi isə sadəcə bu cür böyük gücün qarşısında hörmət dolu bir qorxu ilə səcdə etmək, hər şeyin hakimi olan Rəbbimizə sığınıb özünə mərhəmət etməsini istəməkdir. Çünki Allah mərhəmət etməzsə, insanın qurtulması mümkün deyil. Allah’ın böyüklüyü və Ondan başqa ilah olmadığı ayələrdə belə xəbər verilir:
Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür. (Həcc surəsi, 62)
Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)
Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. Nəhayət, ürəklərindən o qorxu çıxınca onlar: “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı. O, ucadır, böyükdür!” – deyə cavab verərlər. De: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” De: “Allah’dır! Elə isə doğru yolda olan, yaxud açıq-aydın azan bizik, yoxsa siz?” De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq! De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!” De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allah’dır! (Səba surəsi, 23-27)