Axır

Hər şey yox olandan sonra da var olan


Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)


Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcək. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadakı bütün canlılar doğulur və ölür, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi, Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi, sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur.

Ömrü və zamanı yaradan Allah maddəyə aid bütün bu xüsusiyyətlərdən uzaqdır. O, əvvəli və sonrası olmayandır. Sonsuzluğun sahibi, zamana və məkana tabe olmayan Allah’dır. Nəticədə, kainat təkrar başlanğıc nöqtəsinə dönəcək, canlı-cansız heç bir şey qalmayacaq. Yalnız Allah’ın varlığı baqi qalacaq. Allah bu həqiqəti Quranda bu cür bildirir:

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)


Göylərdə və yerdə olanların hamısı Allah’ın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O, həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)


Göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)