Alim
Hər şeyi çox yaxşı bilən
Şərq də, qərb də Allah’ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)
İnsanlar düşünə biləcək şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir mövzu üzrə mütəxəssisləşirlər. Məsələn, fizika mühəndisi fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yeni tarix üzə mütəxəssisləşmiş tədqiqatçı yeni tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Yuxarıda saydıqlarımız, əlbəttə, “bilmək” felinin insanlarla əlaqədar olan qismidir. Ancaq “bilmək” felinin insanların əsla təsəvvür edə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir ölçüsü var: Allah’ın bilməsi...
Allah göylərin, yerin, bu ikisinin arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının yaradıcısı Odur. Üstəlik, Allah’ın bilməsi sonsuzdur; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktikanın içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da, əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın, bitsizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. (Hud surəsi, 57)
De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz”. (Mülk surəsi, 29)
Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.
Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah’ın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 61-63)